Rusiya Ukraynanın yeni parlamenti ilə əməkdaşlığa hazırdır - Video

Moskva Ukraynanın yeni parlamenti ilə əməkdaşlığa hazır olduğunu bəyan edib. ANS TV-nin məlumatına görə, bu ismarıc Rusiyanın Dövlət Dumasının deputatlarından gəlib.

Ukraynayla bağlı işçi qrupun toplantısında dumanın spikeri Sergey Narişkin yeni qurulan parlamentin ölümcül vətəndaş müharibəsinin dayandırılması, böhranın aradan qaldırılması, həmçinin iki ölkə arasında dialoqun bərpa olunmasına öz töhfələrini verəcəyinə ümid etdiklərini deyib.

Rusiya Dumasının Beynəlxaq Məsələlər üzrə komitəsinin sədri Aleksey Puşkov isə yeni parlamentə o qədərdə xoş olmayan bir ismarıc göndərib. O deyib ki, əgər onlar Ukraynanın bərpasına nail olmaq istəyirlərsə, həm Rusiya həm də Avropa Birliyinə qulaq asmalıdırlar.

Ukraynanın keçmiş Baş naziri Yuliya Timoşenko isə nəhayət siyasi prosseslərdə bir mövqe tutmaq qərarına gəlib. O sədrlik etdiyi partiyanın koalisyon hökümətə qoşulmağa hazır olduğunu bəyan edib. Maraqlısı isə odur ki, Timoşenko dövlət vəzifəsi tutmaq arzusunda olmadığını dilə gətirib.

Ukraynanın hazırkı baş naziri Arseniy Yatsenyuk isə hökümət başçısı vəzifəsində qalmaq niyətində olduğunu ifadə edib. Yatsenyuk gələcək koalisiyaya müxalifət bloku istisna olmaqla seçkilərdə iştirak etmiş bütün partiyaların daxil edilməsini vacib sayıb.

“Mən yeni koalisiyanı “Avropalı Ukrayna” adlandırmağı təklif edirəm. Bu Maydanda toplaşan həmin insanların xatirinədir. Ukrayna ilə Avropa birliyi arasında sazişi reallaşdırmaq, Ukraynanı Avropa dövlətinə çevirmək lazımdır. İnsanlar bizdən bunu gözləyir”.

Bir çox ekspertlər isə Yatsenyukun bu fikirlərindən rəsmi Moskvanın bir o qədərdə razı olmayacağını bildirirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar