Saxta soyqırımı anan türk meri

Türkiyənin Diyarbəkir şəhərinin keçmiş meri Osman Baydemir səfərdə olduğu İrəvanda saxta soyqırım abidəsini ziyarət edib.

ANS PRESS-in məlumatına görə, erməni mətbuatına müsahibə verən Baydemir hətta bir az da irəli gedərək uşaqlıqdan erməni soyqırımı barədə əhvalatlarla böyüdüyünü deyib. Ermənilərə milliyyətcə kürd olduğunu xatırladan Baydemir həm də türklərə qarşı mübarizədə ermənilərlə kürdlərin birləşməli olduğunu bildirib: “Burada mən çox şey anladım. Anladım ki, biz bir yerdə işləməliyik”.

Osman Baydemir rəhbəri olduğu Diyarbəkirdə ermənilərin xeyrinə çox işlər gördüyünü deyib: “Biz ən böyük kilsəni - Kirakos kilsəsini təmir etdik, erməni dili dərslərinə başladıq”. Baydemir 1915-ci ildə Türkiyədə baş vermiş hadisələrin tarixini saxtalaşdırarkən günahı Osmanlı hakimiyyətinin üzərinə yıxmağa çalışıb.

Əslində isə hadisə türklər, ermənilər və kürdlər arasında milli toqquşma kimi başlayıb. Hadislər 1915 -ci ilin 19 aprel tarixində ermənilərin Van şəhərində üsyan edərək şəhərdəki 15 min türkü qətl etməsi ilə başladı. Ermənilər şəhəri Osmanlıya hücum etmiş ruslara təhvil veriblər. Daha sonra Rusiyada inqilab olub və rus ordusu geri çəkilməyə məcbur olub. Regionda Osmanlı qoşunu olmadığına görə bölgədəki erməni kəndləri müdafiəsiz qalıb. Dağlardan enən kürd yaraqlıları qətl edilmiş müsəlman qardaşlarının (türklərin) heyfini almaq üçün erməni kəndlərinə hücum ediblər. Osmanlı ordusu geri qayıdana kimi müəyyən qədər erməni də həlak olub.

Ola bilər ki, Osman Baydemir də olmaqla bir çox kürdlər bu əhvalatı unudub. Amma ermənilər unutmayıb. Onlar öz araların erməniləri türklərin deyil, kürdlərin qırdığını həmişə vurğulayırlar. Bu, öz yerində. Həm də Ermənistanın istənilən dərsliyində hazırda kürdlərin çoxluq təşkil etdiyi Türkiyə bölgələri - Diyarbəkir, Van, Muş, Bitlis və s. ermənilərin tarixi ərazisi - Qərbi Ermənistan kimi göstərilir.

Yəni ermənilər oturub-durub həmin torpaqlardan türk bayrağının enməsini gözləyirlər. Ermənilər həmin günü kürdlər üçün X günü kimi dəyərləndirirlər və kürdlərdən 1915-ci il hadisələrinin intiqamını almağı planlaşdırırlar. Osman Baydemir və digər PKK yandaşları da bu işdə ermənilərin dəyirmanına su tökürlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar