Əhalinin banklarda 7,35 mlrd manatı var

Mərkəzi Bank bank sistemi üzrə 3 rübün hesabatını açıqlayıb. AMB-nin saytına görə, bankların məcmu aktivləri 23 mlrd 505,8 mln manat (+ 3,12 mlrd və ya ilin əvvəli ilə müqayisədə 15,3%) olub.

Kredit qoyuluşu 17 mlrd 129,5 mln manat (+14,3%), xüsusi kapital 3 mlrd 898,8 mln manat (+13,8%) təşkil edib.

Əhalinin əmanətləri 7 mlrd 351,9 mln manatdır (+14,9%). Artımın 5,1%-i sentyabrın payına düşür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar