Arif Yunusun vəsatəti təmin edilmədi

Bu gün Nəsimi Rayon Məhkəməsində Sülh və Demokratiya İnstitutunun əməkdaşı Arif Yunusun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatətə baxılıb.

Vəkil həbsin ev dustaqlığı ilə əvəzlənməsini istəyib.

Məhkəmə vəsasəti təmin etməyib. Bu barədə "Turan"-a vəkil Xalid Bağırov bildirib.

Qeyd edək ki, oktyabrın 29-da məhkəmə A.Yunusun həbs müddətini 4 ay uzadıb.

Vəkilin sözlərinə görə, Nəsimi məhkəməsinin hər iki qərarından apelyasiya şikayəti veriləcək.

Xatırladaq ki, Arif Yunusun xanımı Leyla Yunus iyulun 30-da, o özü isə beş gün sonra həbs olunub. Onlar dövlətə xəyanətdə və digər cinayətlər törətməkdə ittiham olunurlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar