NASA-dan dəhşətli proqnoz

Amerikalı mütəxəssislər gələn il dəhşətli istilərin olacağını bildirir

2015-ci ildə Yerdə dəhşətli istilər gözlənilir.

ANS PRESS-in məlumatına görə, bunu NASA-nın mütəxəssisləri proqnozlaşdırır. 1880-ci ildən temperaturda anomal dəyişikliklər müşahidə edilir. Ancaq 1995, 1997, 1998, 2005 və 2010-cu illərdə havanın temperaturunda ötən illərə nisbətən artım müşahidə olunub.

Bu il isə havanın temperaturunda son 135 ilin rekord göstəricisi qeydə alınıb. Bu il Yerdə havanın temperaturu sentyabr ayında 15,7 dərəcə təşkil edib. Bu da ötən illərlə müqayisədə ən yüksək göstəricidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar