"Peşmərgə" Türkiyənin köməyi ilə Kobaniyə girdi - Barzani

Şimali İraq Kürd Administrasiyasının rəhbəri Məsud Barzani "Peşmərgə" qüvvələrinin Türkiyənin razılığı və köməyi ilə Kobaniyə girdiyini bildirib.

SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, kürd lider Kobaninin "İslam Dövləti" terror təşkilatının əlinə keçməməsi üçün "dost ölkələr"lə danışıqlar aparıldığını söyləyib.

"Keçid üçün ABŞ, Türkiyə və Kürdüstan Muxtariyyəti arasında üçtərəfli və ikitərəfli danışıqlar aparıldı. Türkiyə prosesi asanlaşdırmaq üçün hər cür yardımı göstərəcəyini bildirdi. ABŞ da bu prosesi dəstəklədi. "Peşmərgə" qüvvələri həm də Birləşmiş ştatların Dəstəyi ilə Kobaniyə keçdi.", - M.Barzani belə deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar