Ombudsmanın nümayəndələri Seymur Həziyə və iki “Nida”çıya baş çəkiblər

Ombudsmanın işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri müraciətlərin araşdırılması məqsədilə Bakı İstintaq Təcridxanasına baş çəkiblər.

Ombudsman Aparatından “Media forum” saytına verilən məlumata görə, başçəkmədə Milli Preventiv Qrupun həkim üzvü də iştirak edib.

Qrupun 20 nəfər saxlanılan şəxslə bir araya gəlib. Bununla yanaşı qrupun üzvləri Bakı İstintaq Təcridxanasında saxlanan və hazırda istintaqı gedən jurnalist Seymur Həzi ilə, məhkum edilmiş “Nida”çı gənclərdən Zaur Qurbanlı və İlkin Rüstəmzadə ilə konfidensial söhbət aparıblar. Ombudsman Aparatının məlumatına görə, adıçəkilən şəxslər saxlanılma şəraitindən və müəssisə əməkdaşlarının rəftarından narazılıq etməyiblər.

Lakin onlar barələrində olan cinayət işi üzrə istintaqdan və ya məhkəmə qərarlarından narazılıqlarını bildiriblər.

Qaldırılan məsələlərdən bəzisi ilə bağlı isə ombudsman Elmira Süleymanovanın aidiyyəti dövlət orqanlarına müraciət edəcəyi bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar