ADİHİ rəhbəri Avropa Birliyi Fundamental Azadlıqlar Agentliyində görüş keçirib

Əhməd Şahidov FRA Ədliyyə və Azadlıqlar Departamentinin rəhbəri Dr. Jonas Grimheden ilə insan haqları məsələlərini müzakirə edib

Sentyabrın 30-da Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Birliyi Fundamental Azadlıqlar Agentliyinin Ədliyyə və Azadlıqlar Departamentinin rəhbəri cənab Dr. Jonas Grimheden ilə görüşüb. Görüş zamanı rəhbərlik etdiyi qurum barədə ətraflı məlumat verən ADİHİ rəhbəri Azərbaycanda insan haqlarının vəziyyəti haqqında danışıb və FRA ilə əməkdaşlıq istəyini ifadə edib. Sentyabr ayında ATƏT-in Varşava toplantısında iştirak etdiklərini diqqətə çatdıran Əhməd Şahidov ADİHİ-nin beynəlxalq əlaqələrinin durmadan genişləndiyini söyləyib və əsas prioritetin demokratiya və insan haqları olduğunu vurğulayıb.

ADİHİ rəhbərini Vyanada salamlamaqdan məmnunluğunu ifadə edən Avropa Birliyi Fundamental Azadlıqlar Agentliyinin Ədliyyə və Azadlıqlar Departamentinin rəhbəri cənab Jonas Grimheden Cənubi Qafqaz regionunun onlar üçün önəmli olduğunu söyləyib və Azərbaycanda baş verən hadisələri diqqətdə saxladıqlarını bildirib. ADİHİ ilə FRA arasında əməkdaşlıqdan məmnun olacaqlarını ifadə edən cənab Jonas Grimheden bundan sonra da ADİHİ-nin fəaliyyətini diqqətdə saxlayacaqlarını vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar