Jurnalistə 25 sutka həbs kəsildi

Oktyabrın 30-da Binəqədi Rayon Məhkəməsi “Azadlıq” qəzetinin və xaricdən peyklə yayımlanan “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı Xalid Qarayevə 25 sutka inzibati həbs cəzası kəsib.

Jurnalist xırda xuliqanlıqda, küçədə söyüş söyməkdə təqsirli bilinib. Məlumatı “Media forum” saytına vəkil Bəhruz Bayramov verib.

Vəkil qeyd edib ki, məhkəmə Adil Əliyev və Elnur Qasımov adlı şahidlərin ifadələrinə əsasən belə qərar çıxarıb.

Xalid Qarayev oktyabrın 29-da Bakıda saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü bölməsinə aparılmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar