RUSİYA AVROPA SƏMASINA HÜCUMLARA BAŞLADI! - 8 ölkənin hərbi təyyarələri havaya qaldırılıb! (ŞOK)

NATO-dan sensasiyalı bəyanat: “Rusiyanın dörd “TU-95” bombardmançı və dörd yanacaq dolduran “İL-78” təyyarələri...”

ABŞ-ın ”The Wall Street Journal” qəzeti bu gün sensasiyalı məqalə dərc edərək, Rusiya hərbi təyyarələrinin Avropa səmasında xüsusi aktivlik nümayiş etdirməyə başladığını xəbər verib. AzPolitika.info-nun məlumatına görə, qəzet NATO-nun Baş Qərargahına istinadən xəbər verib ki, Rusiya hərbi təyyarələrindən ibarət dörd eskadrilya bu həftə Avropa səması üzərində hava manevrləri həyata keçirib.

Alyansın (NATO) nümayəndəsinin sözlərinə görə, yüksək səviyyəli bu qeyri-adi fəallıq mülkü təyyarə reyslərinin keçidini ciddi şəkildə təhlükə altında qoyur. Son iki gün ərzində baş verən bu uçuşlar Rusiya ilə NATO arasındakı Ukrayna böhranı səbəbindən gərginləşən münasibətləri daha da şiddətləndirə bilər. NATO-dan bildirirlər ki, səkkiz ölkənin təyyarələri rus qırıcılarını qarşılamaqdan ötrü havaya qalxıb. Belçikanın Mons şəhərində yerləşən NATO-nun ştab-qərargahında deyirlər ki, rusların uçuşları Atlantik okeanında, Şimal, Baltik və Qara dəniz üzərində qeydə alınıb. NATO-nun verdiyi məlumata əsasən, bu cür uçuşlar ona görə təhlükəlidir ki, rusların uçuş zamanı retranslyasiya antenalarından istifadə etməmələri səbəbindən mülkü dispetçerlər onların hansı kordinatda olduqlarını bilmirlər. NATO nümayəndəsi qeyd edib ki, Rusiya təyyarələri beynəlxalq hava sahəsinə daxil olsalar da, ancaq onlar NATO ölkələrinin ərazisində qeydə alınmayıblar. Moskva isə hələlik baş verənlər haqqında heç bir şərh verməyib. Son illər Rusiya yüksək hazırlıq və məşq bəhanəsi ilə öz hərbi hava patrulunu gücləndirməklə məşğuldur. Bu il üst-üstə yüzə yaxın Rusiya təyarəsinə qarşı NATO gücləri havaya qaldırılıb. Bu deyilən rəqəm 2013-cü ilə görə üç dəfə çoxdur.

NATO-nun baş katibi Yens Stoltenberq bu barədə deyib: ”Belə hərəkətlər Rusiyanın davranışlarındakı dəyişikliyi göstərir. Mühüm odur ki, Alyans ölkələrinin narahatçılığına son qoymaqdan ötrü hava patrul təyyarələrinin sayı keçən ildəkinə nisbətən beş dəfə artırılıb”.

Alyansdan bildirirlər ki, NATO gücləri rus təyyarələrini yaxalamaqdan ötrü Şimal dənizi və Atlantik okeanı üzərinə Norveçdəki “F-16” qırıcılarını havaya qaldırıb. Burada əsas məqsəd Rusiyanın dörd “TU-95” bombardmançı və dörd yanacaq dolduran “İL-78” təyyarələrinin yerini aşkarlamaq olub. Sonradan həmin təyyarələrdən altısı Rusiya ərazisinə geri qayıtsa da, digər iki bombardmançı təyyarə Norveç sahili boyunca cənub-qərb istiqamətinə tərəf uçmaqda davam ediblər. Nəticədə isə Böyük Britaniya özünün “Tyhoon” qırıcılarını səmaya yollayıb. Həmin iki rus təyyarəsi Atlantik okeanına tərəf üz tutublar və bu zaman isə onlara qarşı Portuqaliya “F-16”-ları havaya qalxıblar. Sonradan rus təyyarələri öz bazalarına dönüblər.

NATO–dan əlavə olaraq onu da deyirlər ki, həmçinin bu həftə rusların iki “TU-95” bombardmançısı və iki “SU-27” təyyarəsi Qara dəniz üzərində peyda olduqda, Türkiyə qırıcıları xüsusi ehtiyyat tədbiri kimi müvafiq uçuşlar həyata keçiriblər. Digər yandan isə NATO radarları Baltik dənizindəki beynəlxalq hava sahəsində iki “MİQ-31”, iki “SU-34”, bir “SU-27” və iki “SU-24” təyyarələrini qeydə alıb. Ona görə də almanların ”Tyhoon” qırıcıları havaya qalxmağa məcbur olublar. Bununla yanaşı Danimarka, İsveç və Finlandiya təyyarələri də Rusiya təyyarələrinə qarşı lazımı uçuşlar ediblər.

Vaqif NƏSİBOV

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar