"Facebook"un rüblük gəliri: 3,2 milyard dollar

Facebook üçüncü rübə olan hesabatını açıqlayıb. Sosial şəbəkənin bu rübdəki gəliri tam olaraq 3,2 milyard dollardır.

Keçən ilin eyni rübünə nisbətən 59% çox gəliri olan Facebook keçən il 2,02 milyard dollar qazanc əldə etmişdi.

Facebookun ən böyük gəlir mənbəyi reklamlardır. Ümumi məbləğin 2,96 milyard dolları sadəcə reklamdan əldə edilən gəlirlərdir. Reklam gəlirlərinin 66%- ni isə mobil reklamlar təşkil edir. Qısacası, Facebook da eynilə Twitter kimi ən böyük qazancını mobil reklamdan əldə edir. Facebookun yaradıcısı Mark Zuckerberg gündəlik istifadəçi sayının 19% artaraq 864 milyona çatdığını bildirib.

Mobil telefon vasitəsilə sosial şəbəkələrə daxil olan insanların sayı isə 703 milyona çatıb. 30 sentyabr 2014-cü ildən etibarən isə Facebookun aylıq aktiv istifadəçi sayı 1,35 milyarddır.

Mobil telefon vasitəsilə sosial şəbəkədən istifadə edənlərin sayı isə aylıq 1,12 milyard nəfərdir. Bu isə o deməkdir ki, Facebook istifadəçilərinin demək olar ki hamısı həm də mobil telefon vasitəsilə daxil olur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar