Ərdoğanın yeni minotaqlı iqamətgahı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada özünü yeni dəbdəbəli iqamətgahını bu gün qonaqlara təqdim edib. Musavat.com-un məlumatına görə, bu barədə eurenews məlumat yayıb.

Məlumatlara görə, minotaqlı kompleksi müxalifəti hiddətləndirib. Yeni tikilinin dəyərinin 270 milyon avro olduğu deyilir. Ərdoğan siyasətinin tənqidçilərinin qənaətincə monumental bina dövlət başçısının avtoritarizmə meylliliyini bir daha sübut edir.

Ətraf mühitin mühafizəsi tərəfdarları da narazıdır, çünki tikinti səbəbindən yüzlərlə ağac kəsilib.

Xatırladaq ki, sözügedən bina öncə baş nazirin iqamətgahı kimi nəzərdə tutulmuşdu. Lakin Ərdoğan prezident kreslosuna yerini dəyişən kimi binanın da statusu dəyişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar