Azərbaycanın işğal edilmiş əraziləri 2016-cı ilə minalardan təmizlənəcək

Azərbaycanın işğal edilmiş ərazisi olan Dağlıq Qarabağda müharibədən qalmış minaların zərərsizləşdirilməsi üzrə proqram 2016-cı ilə tam reallaşdırılacaq.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Yerevan ofisinin direktoru Karen Hilliard deyib.

Onun sözlərinə görə, minalardan təmizlənmə ilə məşğul olan "Halo Trust" şirkətinin ayırdğı 5 milyon dollar dəyərindəki qrant çərçivəsində 2016-cı ilə Dağlıq Qarabağın bütün ərazisi minalardan təmizlənəcək: "Dağlıq Qarabağda USAID-in maliyyələşdirilməsi ilə minalardan təmizlənmə üzrə proqram davam edir. 2000-ci ildən etibarən 251 sahədə işlər aparılıb, nəticədə təqribən 27 min hektar torpaq sahəsi kənd təsərrüfatı üçün yararlı olub".

"Halo Trust" Dağlıq Qarabağda fəaliyyəti ərzində 67 mindən çox minanı zərərsizləşdirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar