Rusiya Türkiyə əleyhinə “soyqırım” tədbirləri planlayır

Rusiya parlamenti erməni “soyqırımı”nın 100 illiyi ilə bağlı bəyanatla çıxış edəcək. Musavat.com-un məlumatına görə, belə bir açıqlamanı Ermənistan-Rusiya parlamentlərarası komissiyanın həmsədri, Federasiya Şurasının üzvü, SSRİ-nin keçmiş hökumət başçısı Nikolay Rıjkov İrəvanda verib.

“Bəyanat vacibdir və mütləq hazırlanmalıdır. Biz susa bilmərik. Nə olsun ki, 10-15 il qabaq nəsə qəbul eləmişik” - deyib Rusiya rəsmisi. Qeyd edək ki, 1995-ci il aprelin 14-də Dövlət Duması “erməni genosidi”ni pisləyən bəyanat qəbul edib.

Rusiyalı senatorun sözlərinə görə, “yubiley”lə bağlı tədbirlər görülməsi ilə bağlı prinsipial qərar var: “Dövlət Dumasının sədri Nikolay Narırşkin və Federasiya Şurssının spikerui Valentina Matviyenko artıq öz razılıqlarını veriblər və indi yalnız birgə törənlərin gündəliyini tutmaq qalır”.

“Biz sizin sadiq köməkçiləriniz, həmfikirləriniz və dostlarınızıq və kənarda dura bilmərik. Biz parlamentarilərdən asılı nə varsa, hamısını edəcəyik ki, hər şey layiqli şəkildə alınsın. İstər sərgi olsun, itərsə də konfrans və ya bəyanat” - əlavə edib Nikolay Rıjkov.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar