Dünyanın ən bahalı avtomobilləri Bakıda - Video

"Baku World Callenge Blancpian Sprint" seriyasının ilk mövsümünün yekun mərhələsi yenə Bakıdadır.

1-2 noyabr tarixlərində keçiriləcək yarışlarda GT3-ün 15 beynəlxalq komandası və 30 avtomobili, Tarixi Formula 1 yarışının 10 avtomobili həmçinin 5 drift avtomobili iştirak edir.

APA TV-nin xəbərinə görə, möhtəşəm GT3 avtomobilləri Xəzər dənizi boyunca uzanan və Milli Bayrağın ətrafında dövrə yaradan, yeni təmir olunmuş 4 kilometr uzunluğunda yolda yarış dairəsi düzənlənəcək.

"Baku World Callenge" avtorallisində qalib gələcək komandalara yüksək məbləğ vəd edilir. Birinci yerin sahibi 100.000, ikini yerin qalibi 50. 000, üçüncü yerin qalibi isə 25.000 avro məbləğində mükafat alacaqlar.

Yarışlarda iştirak edən avtomobillərin hər birinin qiyməti 700.000 avrodan 1 milyon avro arasında dəyişir. Yarışın ən bahalı avtomobili isə İngiltərə komandasını təmsil edən avtorallidir.

Yarış Avropa, Avstraliya, Asiya, Amerika, Yaxın Şərq və Afrikanın idman kanallarında o cümlədən 175 xarici kanallarda yayımlanacaq.

Qeyd edək ki, "Baku World Challenge 2014” yarışlarının keçirilməsi ilə əlaqədar olaraq, paytaxtın bəzi mərkəzi yolları bağlanıb. Bu gün səhər saatlarından başlayaraq, paytaxtın “20-ci sahə” dairəsindən Bayraq Meydanı da daxil olmaqla, Azneft istiqamətində giriş-çıxış hissəsi yarış başa çatana qədər avtomobillərin hərəkəti üçün tam məhdudlaşdırılıb. Bakı şəhər Dövlət Yol Polisi əhalinin, paytaxt sakinlərinin, sürücülərin və avtomobil sahiblərinin nəzərinə çatdırır ki, qeyd edilən istiqamətlərə hərəkət tam məhdudlaşdırılır və istiqamət dəyişdirilir. Sürücülər Badamdar qəsəbəsi və yaxud 3-cü kənar dairəvi yolla, eləcə də Tbilisi prospekti ilə Bakı-Sumqayıt yolunun Xocasən yolu ilə kəsişməsindən cənub və ya şimal istiqamətinə hərəkət edə bilərlər. Eyni zamanda Bayıl qəsəbəsində, "20-ci sahə"də yaşayan sakinlərin Xalça Muzeyinin yanından əlavə yolla Qurban Abbasov küçəsi ilə hərəkəti planlaşdırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar