“Rusiya təbliğatının yalanı heyrət doğurur…” – Madlen Olbrayt

ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt Rusiya təbliğatından heyrətə gəldiyini söyləyib. Musavat.com-un məlumatına görə, bu barədə o, “Delfi” telekanalına müsahibəsində deyib.

Olbrayta görə, bu təbliğat SSRİ dönəmini və “soyuq müharibə”nin apogeyini xatırladır. “Vladimir Putinin XXI əsrdə öz adamlarının düşünmək qabiliyyətini necə traktovka eləməsi məni şoka salır. ABŞ buna publik diplomatiya ilə cavab verir. Hərdən Rusiya televiziyasına baxıram və məni aşkar yalan, öz vətəndaşlarına və digər insanlara hörmətsizlik heyrətə gətirir” – bildirib Olbrayt.

“Ən maraqlısı odur ki, Putin istədiyinin əksinə nail oldu – o, Avropanı birləşdirdi. Avropa Birliyi ölkələri Rusiyaya qarşı sanksiyaları dəstəkləyir, hərçənd, mən bilirəm ki, razılığa gəlmək elə də asan deyil, ölkələrin siyasi durumları eyni deyil. Ancaq biz ayıq və bir olmalıyıq” - əlavə edib keçmiş dövlət katibi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar