Bakıda ağır qəza: 3 yaralı

Xəsarət alaraq xəstəxanaya aparılan yaralıların vəziyyəti ağırdır

Bakının Sabunçu rayonu Zabrat-Maştağa yolunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Qəza zamanı Zabrat qəsəbəsindən Balaxanı qəsbəsinə doğru dönmək istəyən “VAZ 2107” markalı maşın qarşıda dayanan başqa bir eyni markalı nəqliyyat vasitəsinə arxadan çırpılıb.

Bundan sonra qarşı yola çıxan “Jiquli” əks istiqamətlə gələn “Hyundai”la toqquşub.

Qəza zamanı “Hyundai”ın sürücüsü 1992-ci il təvəllüdlü Mollazadə Səddam Məhəmməd oğlu həmçinin “VAZ 2107”in sürücüsü 1983-cü il təvəllüdlü Mikayılov Namiq Əlirəhmət oğlu və sərnişin 32 yaşlı Hüseynov Natiq Əlihüseyn oğlu xəsarət alıblar. Hər üç yaralı ağır vəziyyətdə 3 saylı şəər klinik xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı Sabunçu rayon polis idarəsində araşdırma başlanılıb. Qəzanın baş vermə səbəblərinə isə araşdırmalardan sonra aydınlıq gətiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar