Əhməd Davudoğlu Türkiyənin “qanadlanacağı” vaxtı açıqladı

Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkədə yaşanan proseslərlə bağlı yeni açıqlamalar verib.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, baş nazir rəsmi Ankaranın qarşısına məqsəd qoyduğu “çözüm sürəci” siyasətinə toxunub.

Əhməd Davudoğlu bildirib ki, bu, Türkiyənin gələcəyi baxımından önəmlidir. “Türkiyə bu məsələni həll edəndən sonra bütün ağırlıqlardan qurtulacaq və bir növ qanadlanacaq. Hökumət olaraq bu istiqamətdə ümidimizi də, prinsipiallığımızı da qoruyuruq”.

Türkiyənin hökumət başçısı qeyd edib ki, ölkədə yaşayan ələvilərlə bağlı da yeni bir açılım siyasəti başlana bilər.

Baş nazir Türkiyə ilə Azərbaycanın birgə enerji layihəsi olan TANAP-dan da danışıb. Əhməd Davudoğlu söyləyib ki, Türkiyə ilə Azərbaycan əl-ələ verərək xəyal edilən bir layihəni əməli istiqamətdə gerçəkləşdirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar