“Boko Haram” daha bir şəhəri zəbt etdi

Minlərlə insan qonşu rayonlara qaçmağa məcbur olub.

“Boko Haram” terror qruplaşması Nigeriyanın şimal-şərqindəki Mubi şəhərini ələ keçirib.

Hücum zamanı silahlılar onlarla sakini qətlə yetirib. Minlərlə insan qonşu rayonlara qaçmağa məcbur olub. Məlumata görə, “Boko Haram” silahlıları yerli icra hakimiyyəti binasının damına qara bayrağını sancıb.

Qeyd edək ki, “Boko Haram” silahlıları bir neçə gün əvvəl Borno ştatında Kukava şəhərinə hücum edərək, onlarla sakini qətlə yetirib, yerli bazarı, polis idarəsini, xeyli sayda avtomobil və bir neçə inzibati binanı tamamilə yandırıblar.

Məlumata görə, əhali terrorçuların nəzarətinə keçmiş əraziləri kütləvi şəkildə tərk etməkdə davam edir. Adamava, Borno və Yobe ştatlarında fövqəladə vəziyyət elan edilib. /APA

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar