Obama həyəcan təbili çalır: "Ebola yayılacaq!"

ABŞ prezidenti Barak Obama deyib ki, Qərbi Afrikada Ebola virusunun yayılmasının qarşısı alınmayınca Birləşmiş Ştatlarda bu virusa yoluxma halları müşahidə ediləcək.

Barak Obama Ağ Evdə Qərbi Afrikadan qayıdan və getməyə hazırlaşan ABŞ tibb işçiləri ilə görüşündə onları qəhrəman adlandırıb.

ABŞ dövlət başçısı Ebola virusunun qarşısının alınacağına inandığını da bildirib.

Qeyd edək ki, bir neçə ştat Qərbi Afrikadan ABŞ-a dönən tibb işçilərinə məcburi karantin tətbiq etmək əmri verib.

Tibb bacısı Kaçi Hikoks Meyndəki evinə dönməzdən əvvəl məcburi şəkildə Nyu-Cersidə karantində saxlanılıb. Kaçi Hikoks onu karantində saxlayanları məhkəməyə verəcəyini bildirib ("Amerikanın səsi").

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar