27 illik prezident geri çəkilməyə məcbur oldu

Burkina-Faso prezidenti Blez Kompaore xalq etirazları nəticəsində geri çəkilməyə məcbur olub.

27 ildir prezidentlik edən Blez Kompaorenin parlamentə göndərdiyi konstitusiya dəyişikliyi layihəsi ona yenidən dövlət başçısı postuna namizəd olmaq hüququ verirdi. Bu niyyət ölkəni ayağa qaldırıb, polislə nümayişçilər arasında qarşıdurma həlak olanlar var.

“Media forum” saytının məlumatına görə, oktyabrın 31-də Blez Kompaore bəyan edib ki, konstitusiya dəyişikliyi layihəsini geri çəkir, prezidentliyə namizəd olmaq niyyətindən imtina edir və hakimiyyəti demokratik yolla dövlət başçısı seçiləcək şəxsə ötürməyə hazırdır.

Hazırda ölkədə vəziyyətə nəzarəti ələ götürən ordu komandanı Onore Traore bir il müddətinə keçid hakimiyyəti qurulduğunu elan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar