SSRİ-nin ilk rəsmi milyonçusu olmuş azərbaycanlı vəfat etdi

SSRİ-nin ilk rəsmi milyonçusu, bəstəkar, Kalmıkiya Respublikası prezidentinin Yaxın Şərq və Ərəb ölkələri üzrə keçmiş nümayəndəsi Cənnət Əliyev vəfat edib.

Bu barədə lent.az-a mərhumun yaxınları məlumat veriblər.

Məlumata görə, keçmiş milyonçu dünən dünyasını dəyişib. Son aylarda onun səhhətində ciddi problemlər vardı.

Cənnət Salman oğlu Əliyev 17 aprel 1954-cü ildə Şahbuz rayonunun Keçili kəndində anadan olub. Naxçıvan Dövlət Pedaqoji, Xalq Təssərrüfatı İnstitutunu, habelə Sverdlovsk Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

1982-ci ildən Sibir, Ural, Moskva, Sverdlovskda polis orqanlarında işləyib. Yenidənqurma illərində bizneslə məşğul olmağa başlayaraq, qısa müddətdə uğur qazanıb və SSRİ-nin ilk milyonçusu kimi tanınıb.

1994-cü ildə Kalmıkiya prezidenti Kirsan İlumijanovun Yaxın Şərq və Ərəb ölkələri üzrə nümayəndəsi təyin edilib. Bir çox ərəb ölkələrində səfərlərdə Səddam Hüseyn, Bəşər Əsəd hakimiyyətləri ilə görüşləri olub.

1997-ci ildə Əli ibn Əbu Talibin qılıncı "Zülfüqar"ın rəmzi istehsalına başlayıb, hər birini təmənnasız olaraq insanlara, səfərə getdiyi ölkələrin rəhbərlərinə bağışlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar