Bakıda ticarət mərkəzində İNANILMAZ CİNAYƏT

Elektroşokla vurub pullarını apardılar

Oktyabrın 30-da saat 16:10 radələrində Bakıda quldurluq hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Qaradağ rayonunda yerləşən ticarət mərkəzində naməlum şəxs Abşeron rayon sakini İlqar Hüseynovun üzündən elektroşokla vuraraq içərisində 5000 manat olan sellofan paketi əlindən alıb qaçıb. Qaradağ RPİ 10-cu Polis Bölməsi, Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Şərur rayon sakini Mübariz Zaxarov tutulub.

Araşdırmalar davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar