AXCP üzvü həbs olunub

AXCP Göyçay rayon şöbəsi Gənclər Komitəsinin üzvü Məhəmməd Mirzəli 20 sutka inzibati həbs cəzasına məhkum edilib. Bu barədə AXCP-nin yerli təşkilatı məlumat yayıb.

AXCP bildirir ki, Bakı-Qazax yolunun Göyçaydan keçən hissəsində yolun kənarı ilə gedirmiş: «Onu izləyən Göyçay Post Patrul Xidmətinin (PPX) əməkdaşları Mirzəlini saxlayıblar ki, nə üçün yol ilə gedir. Mirzəli cavab verib ki, səki olmadığından yolun kənarı ilə getməyə məcburdur. Bundan sonra PPX əməkdaşları onu rayon polis şöbəsinə aparıblar. Şöbədə onun guya ictimai yerdə söyüş söydüyü və polisə müqavimət göstərdiyi rəsmiləşdirilib. Daha sonra onu rayon məhkəməsinə aparıblar».

Məhəmməd Mirzəlinin ailəsi həbsini onun ictimai-siyasi fəallığı ilə bağlayırlar. Göyçay polis idarəsindən AzadlıqRadiosuna bildiriblər ki, Məhəmməd Mirzəli polisin qanuni tələblərinə tabe olmamaqda suçlu bilinib və məhkəmə onu 20 sutka azadlıqdan məhrum edib.

Ailəsindən isə xəbər veriblər ki, Məhəmməd Mirzəlini 2-3 gün imiş tanımadığı adamlar izləyirmiş. Ailəsi güman edir ki, həbsi Məhəmmədin ictimai-siyasi fəallığı ilə bağlıdır. Fəallıq etməməsi üçün ona xəbərdarlıq da olunubmuş.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar