“Yekun qərarımızı noyabrın 8-də açıqlayacağıq” - Qubad İbadoğlu

Müsavat Partiyasının ötən ay keçirilən qurultayında başqan postuna namizəd olmuş və seçkinin rəsmi nəticəsindən narazı qalmış Qubad İbadoğlu partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının onun şikayətinə verdiyi rəylə razılaşmır.

Oktyabrın 31-də “Media forum” saytına açıqlamasında Qubad İbadoğlu deyib ki, Mərkəzi Nəzarət Təftiş Komissiyasının rəyi birtərəfli hazırlanıb: “Rəydə qeyd olunanlarla qəti şəkildə razılaşmırıq. Hazırda ekspertlərimiz həmin rəyi araşdırır. Rəylə razılaşmamaq üçün bizim kifayət qədər tutarlı arqumentlərimiz var”.

Qubad İbadoğlu onu da bildirib ki, MNTK-nın şikayəti obyektiv araşdıracağına şübhələri vardı: “Təəssüf ki, gözləntilərimiz özünü doğrultdu. Bu rəydən sonra MNTK-nın birtərəfli, qeyri-peşəkar olduğu, müstəqil olmadığı haqda şübhələrimiz daha da artdı. MNTK-nın verdiyi rəylə bağlı yekun qərarımızı noyabrın 8-də saat 17-də Müsavat Partiyasının mərkəzi qərargahında açıqlayacağıq. Noyabr 8-də həmçinin gələcək planlarımız haqda təkliflərimizi verəcəyik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar