Misir Mərdanov prokurorluğun ittihamına şübhə etdi

«Mən o qadını yaxşı tanıyıram. Inanmıram ki, o bu cür hallara yol versin»

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika Institutunun direktoru, Azərbaycanın sabiq təhsil naziri Misir Mərdanov Respublika Baş Prokurorluğunun onun nazir olduğu dövrd Təhsil Nazirliyində 2010-2013-cü illərdə 43 min ABŞ dollarının təyinatı üzrə xərclənməməsi barədə açılan cinayət işinə münasibət bildirib.

Baş Prokurorluğun yaydığı məlumata görə, “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” IB-nin fəaliyyətində yol verilmiş qanun pozuntuları ilə əlaqədar Ədliyyə Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsində araşdırılıb.Maliyyə pozuntularına yol verilməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Mərkəzin proqram rəhbəri Elmina Kazımzadə həm də Təhsil Nazirliyinin Dərslikləri Qiymətləndirmə Şurasının sədridir.Elmina Kazımzadə sabiq Təhsil naziri Misir Mərdanovun əsas kadrlarından biri idi. O, 2008-ci ildən ictimai əsaslarla Dərnəklərin Qiymətləndirmə Şurasının sədri vəzifəsində çalışır.

Misir Mərdanov Publika.Az -a açıqlamasında bu barədə deyib: “Mən o qadını yaxşı tanıyıram. Inanmıram ki, o bu cür hallara yol versin. Başqa adam haqqında desəydilər mən inanardım. Ancaq o qadının bu cür hallara yol verməsinə mən inanmıram. Çünki o qadın çox beynəlxalq təşkilatlarla işləyib. Onun rəhbəri olduğu qurum qeyri-hökumət təşkilatıdır. Əgər yol veribsə belə, o zaman bu onun öz işidir və buna görə o qanun qarşısında cavab verəcək. Onun bizə heç bir aidiyyatı yoxdur və ola da bilməz”.

Artıq 7 aydır ki, Təhsil Nazirliyində təhvil-təslim işini başa çatdırdığını vurğulayan Misir Mərdanov qeyd edib ki, nazir olduğu vaxtı Təhsil Nazirliyində mütəmadi olaraq araşdırmalar aparılıb: “Mən nazir olan vaxtı ən azı ildə bir dəfə Hesablama Palatası tərəfindən rəsmi araşdırma aparılıb”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar