Keçmiş bakılı KVN-çidən yarım milyard dollarlıq heroin tutuldu - YENILƏNİB

Rusiya mənbələri evindən yarım milyard dollarlıq təmiz heroin tapılan keçmiş bakılı KVN-çinin adını redaktə edib.Virtualaz.org saytı xəbər verir ki, bundan əvvəl Narkotiklərə Nəzarət üzrə Federal Xidmətin direktoru, general Viktor İvanov həmin şəxsin adının “İldar Nurimanov” olduğunu açıqlamışdı. Bildirilirdi ki, Əfqanıstandan gətirilən 174 kiloqram təmiz heroin onun Moskvaətarfındakı Domodeovo rayonundakı villasında tapılıb. Əməliyyat zamanı villanın mühafizəçiləri də daxil olmaqla narkobandanın 6 üzvü tutulub.

Lakin belə görünür ki, Rusiya KİV-ləri Viktor İvanovun bəyanatını yayarkən tələskənliyə və səhvə yol veriblər. Çünki yeni məlumatlarda evindən 500 milyon dollarlıq heron tapılan azərbaycanlının adının İlqar Nazim oğlu İmanov olduğu göstərilir. Narkotiklərə Nəzarət üzrə Federal Xidmətin Moskva vilayəti üzrə idarəsinin rəisi Vasili Yurçenko bildirib ki, o, kifayət qədər parlaq şəxsdir: “Mən hesab edirəm ki, o, parlaq şəxsiyyətdir. Hazırda o, banklardan birinin təsisçisidir, həmçinin ərzaq mallarının paylanması işi ilə məşğul olan ASC-lərdən biri onun adınadır” Yurçenko bildirib.

Narkotikin tapıldığı villa 17 sot torpaq sahəsində yerləşir və üçmərtəbəli malikanədən, mühafizəçilər üçün ikimərtəbəli evdən ibarətdir. Heroin də məhz mühafizəçilər üçün nəzərdə tutulan evdə tapılıb. “Hazırda müəyyən etmək çətindir ki, İmanovun bu narkotiklə nə dərəcədə bağlılığı var. Lakin həmin mühafizəçiləri o işə götürüb, qonşuların dediyinə görə mühafizəçilər iki ilə yaxındır evi mühafizə edir” Yurçenko əlavə edib. O, qeyd edib ki, bu il oktyabrın 18-də İmanov özünə 100 min dollara “Audi Q7” krossroveri alıb.

Virtualaz.org saytı yenidən “Parni iz Baku”nun üzvləri ilə əlaqə saxlamağa və bu dəfə İlqar Nazim oğlu İmanov adlı şəxsi tanıyəb-tanımadıqlarını dəqiqləşdirməyə çalışır.Qeyd edək ki, komandanın iki məşhur üzvü-Cabir və Tahir İmanovlar da bu familiyanı daşıyır.

* * *

Rusiyanın Narkotiklərə Nəzarət Federal Xidmətinin rəhbəri, general Viktor İvanov KVN üzvlərindən birinin Rusiyada külli miqdarda narkotiklə tutulması haqda sensasion açıqlama verib.

Virtualaz.org saytı məsələ ilə bağlı "Planet Parni iz Baku” teatrının bədii rəhbəri Tahir İmanov və digər KVN-çilərlə əlaqə saxlayıb.

T.İmanov komandanın ən gənc üzvü olduğunu və belə bir şəxsi tanımadığını deyib.

“Bizim komandada İlqar Nurmimanov adlı şəxs olmayıb. Ümumiyyətlə bizim komandada adı nurla başlayan heç kəs olmayıb”- deyə T.İmanov bildirib.

Məşhur KVN-çi Bəhram Bağırzadə də belə bir şəxsi tanımadığını deyib: “Bizim komandada İlqar Nurimanov adlı şəxs olmayıb. Eldar Məmmədov və Eldar Hüseynov olublar. Eldar Məmmədov komandada cəmi bir dəfə, uzaq 19991-ci ildə oynayıb. Eldar Hüseynov isə texniki işçi idi”.

Digər KVN-çi Vado Korovin də saytımıza açıqlamasında İlqar Nurimanov adlı bir şəxsi tanımadığını və heç vaxt komandada oynamadığını söyləyib.

* * * 

KVN Bakı komandasının keçmiş üzvünün villasından rekord həcmdə-yarım milyard dollarlıq heron ələ keçirilib.

Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı az əvvəl Rusiyanın Narkotiklərə Nəzarət Federal Xidmətinin rəhbəri, general Viktor İvanov keçirdiyi mətbuat konfransında açıqlayıb.

Generalın bildirdiyinə görə əməliyyat Moskvanın Domodedovo rayonunda, Kolıçev kəndində keçirilib.

“Kifayət qədər məşhur olan bir şəxsin, Bakının KVN komandasının keçmiş üzvü İldar Nurmimanovun daçasından böyük həcmdə-174 kiloqram təmiz heroin tapılıb. Bütün SSRİ-nin mövcudluğu ərzində heç vax bu həcmdə heroin tapılmamışdı” - Viktor İvanov bildirib.

Onun sözlərinə görə, heron mühafizə budkasında gizlədilmişdi. Ələ keçirilən heroinin qiyməti 500 milyon dollara yaxındır. “Heroin Rusiyaya TIR-larda gətirilib və banan yeşiklərində gizlədilib” general bildirib. Virtualaz.org saytı bu şok xəbərlə bağlı təfərrüatları öyrənməyə çalışır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar