Ermənistan: maaş və pensiya artır, əhali isə azalır

2015-ci ilin iyul ayından Ermənistanda minimum əməkhaqqı 5 min dram (12 ABŞ dolları) artırılaraq 55 min dram (134 ABŞ dolları) olacaq. “Media forum” saytı xəbər verir ki, maliyyə nazirinin müavini Pavel Səfəryan oktyabrın 31-i parlament dinləmələrində belə deyib.

Səfəryan bildirib ki, gələn ilin iyul ayından mülki qulluqçuların orta aylıq əməkhaqqı 293 min dramdan (715 ABŞ dolları) 300 min drama (732 ABŞ dolları) çatdırılacaq. Pensiyanın baza hissəsi isə 2 min dram (5 dollar) artırılaraq 16 min dram (39 dollar) təşkil edəcək.

Nazir müavini yoxsul ailələrə verilən sosial müavinətlərin də 1000 dram (2,5 dollar) artırılaraq 30 min 537 dram (75 dollar) olacağını, hərbçilərin pensiyalarının isə rütbədən asılı olaraq artırılıcağını qeyd edib.

Bu arada Ermənistanın Milli Statistika Xidməti ölkə əhalisinin sayı ilə bağlı rəsmi açıqlama yayıb. Qeyd olunur ki, hazırda Ermənistanda 3 milyon 14 min nəfər yaşayır. Bu ilin 9 ayında Ermənistan əhalisi 3,3 min nəfər azalıb. Məlumata görə, 9 ayda ölkəni 13 min 600 nəfər tərk edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar