“MasterCard” Azərbaycana qarşı yanlışlığı aradan qaldırdı

“MasterCard” beynəlxalq ödəniş sistemi rəsmi saytında Azərbaycanla bağlı yol verdiyi yanlışlığı artıq aradan qaldırıb.

“APA-Economics” xəbər verir ki, şirkət rəsmi saytında yer alan “ATM Locator” (ATM-lərin yerləşməsi) bölməsində Azərbaycanın işğal altında olan ərazilərinin “Ermənistan” bölməsində göstərilməsi ilə bağlı yanlışlığa yol vermişdi. Bu gündən etibarən isə “ATM Locator” bölməsində Ermənistan üzrə axtarış verərkən “Stepanakert” (Xankəndi), “Shushi” (Şuşa) və s. şəhərləri tapmaq mümkün deyil.

Lakin şirkətin rəsmi saytında işğal altında olan Azərbaycan ərazilərində göstərilən xidmətin dayandırılıb-dayandırılmadığı barədə hər hansı qeyd yoxdur. Bu səbəbdən də “MasterCard”ın Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş ərazilərində rəsmi Bakının icazəsi olmadan fəaliyyət göstərməkdə davam edib-etmədiyi barədə sual hələlik cavabsız qalır.

Xatırladaq ki, məsələyə münasibət bildirən Azərbaycan XİN bildirib ki, “MasterCard”ın Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyət göstərməsi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir.

Bundan başqa, bu gün ABŞ-da fəaliyyət göstərən diaspor təşkilatı “ABŞ Azərbaycanlıları Şəbəkəsi” (USAN) “MasterCard” beynəlxalq ödəniş sisteminin rəsmi səhifəsində Azərbaycanın işğal altında olan torpaqlarının Ermənistan ərazisi kimi təqdim olunmasına qarşı hər bir kəsi etirazını bildirməyə çağırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar