Qızıl 4 ilin ən aşağı qiymətində

Qızılın qiyməti dörd ilin ən aşağı səviyyəsinə geriləyib.

Beynəlxalq bazarda qızılın unsiyasının qiyməti 1170 dolların altına enərək 2010-dan bu yana ən aşağı səviyyəni görüb.

DOLLAR BAHALAŞIR, QIZIL UCUZLAŞIR

ABŞ Mərkəzi Bankının (Fed) gözlənildiyi kimi istiqraz alışını başa çatdırması və faizlərdə bir dəyişiklik etməməsi ilə məşğulluq bazarındakı yaxşılaşmaya vurğu etməsinin ardından, dollar inkişaf etməkdə olan ölkələrin pul vahidlərinə qarşı dəyər qazanıb, qızılın unsiyasının qiyməti isə enişə keçib. Qızılın qiyməti 21 Oktyabrda 1255 dolları aşaraq 1,5 ayın zirvəsinə çıxmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar