İran Azərbaycanla keçid məntəqələrini niyə bağlayıb? (YENİLƏNİB)

Səbəb kimi Culfada iki iranlı traktorçunun vurularaq öldürülməsi xəbəri yayılıb

Azərbaycanın İranla olan sərhəd keçid məntəqələrinin bağlanmasıl barədə ilkin və dəqiqləşdirilməmiş məlumatlar almışıq. Biləsuvar keçid məntəqəsindən Azərbaycan siyasətinin fəallarından olan tanıdığımız oxuculardan biri musavat.com-a zəng vuraraq bildirib ki,hazırda bu sərhəd-keçid məntəqəsi bağlıdır: "Burada 2 minə yaxın adam növbə gözləyir. Dünəndən bağlanıb. Bunun səbəbi barədə heç nə deyilmir. Burada danışırlar ki, İranın təşəbbüsü ilə bütün sərhəd məntəqələri bağlanıb. İnsanlar çətin durumdadır."

Culfadakı mənbə musavat.com-a deyib ki, burada gəzən söhbətlərə göpə, bunun səbəbi İranla Azərbaycan arasında yaranan ciddi bir skandaldır. O, deyib ki, 7 noyabrda İranın Culfa ilə sərhəd təmas xəttindəki neytral zonada iranlı traktorçular iş görürmüş. Azərbaycan tərəfi dəfələrlə edilən xəbərdarlıqdan sonra onlara atəş açıb. Nəticədə iki iranlı traktorçu ölüb. Bundan dərhal sonra İran bütün sərhəd keçic məntəqələrini bağlayıb. Xatırladaq ki, az öncə İranın naxşıvana atəş açması barədə saytlarda xəbərlər dərc olunmuşdu.

Xəbəri rəsmi instansiyalarla dəqiqləşdirməyə çalışırıq.

***

İran Azərbaycanla Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağlaması barədə bəyanatla çıxış edib.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə,  səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Ayətullahinin adından yayılan bəyanatda bildirilir ki, bu addıma səbəb Azərbaycan sərhədçilərinin Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini bağlaması və sərhədin açılması üçün iki gün ərzində edilən cəhdlər nəticəsiz qalmasıdır.

Bəyanatda bildirilib ki, Azərbaycan Respublikası naməlum şəxsin Poldəşt sərhəd-keçid məntəqəsinə yaxın yerdə traktora atəş açması səbəbindən Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini noyabrın 6-dan etibarən bağlayıb: “Bu da iranlı sürücülərə və vətəndaşlara ciddi problemlər yaradıb”.

Səfirliyin bəyanatında qeyd edilib ki, beynəlxalq qanun və normalara əsasən, adətən sərhəd məntəqələrində bu kimi hadisələr baş verdikdə iki ölkənin sərhədçiləri görüşüb məsələni yerində həll edirlər və belə hallarda sərhəd bağlanmır.

Seyid Məhəmməd Ayətullahi bildirib ki, İran iki gün gözlədikdən sonra sərhəd-keçid məntəqəsi açılmadığı üçün Azərbaycan tərəfini qabaqcadan məlumatlandıraraq, Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağlayıb.

Bəyanatda o vurğulanıb ki, səfirliyin məsul şəxsləri bu problemin həll edilməsi üçün ldanışıqları davam etdirirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar