İŞİD döyüşçüsü məhkəmədə: "Mən hələ də şəhid olmaq istəyirəm"

Kreşnik B. alman məhkəməsinə çıxarılan ilk İŞİD döyüşçüsüdür.

İfadə verməyə hazırlaşan döyüşçü yumşaq cəza alacağına ümid edirdi. Buna baxmayaraq, Frankfurt regional Ali Məhkəməsindəki çıxışı ilə o, öz vəziyyətini çətinləşdirib.

Məlumatı "Deutsche Welle" yayıb.

"Sizə soyuqdurmu? Paltonuzu soyuna bilərsiniz - sizə heç nə etməyəcəyik", - 30 oktyabrda məhkəməyə sədrlik edən hakim Tomas Saqebiel müttəhimə səslənib.

İdman şalvarında, qalın tünd qırmızı qış paltosunda məhkəməyə çıxan və Qərbi Almaniyanın "Bad Homburq" qəsəbəsində anadan olan 20 yaşlı Kreşnik B. sakit səslə və qısa cümlələrlə danışmağa başlayıb. O, 2013-cü ilin iyun ayında İŞİD qüvvələrinə qoşulmaq üçün Suriyaya getdiyini yada salıb. O, heç bir uğur əldə etmədiyi və tək bir atəş açmadığı üçün dekabrda geri qayıtdığını bildirib.

O, Frankfurt hava limanında saxlanılıb. Xarici terrorçu dəstələrə qoşulmağın cəzası 10 illik həbsdir. Hakimlər və ittihamçılar qrup haqqında məlumat verməsi və mücahidlərə qoşulma səbəbini açıqlaması şərti ilə ona yüngül cəza təklif edirdilər. Buna baxmayaraq, o, sorğunun düz ortasında öz əleyhinə bir cümlə işlədir: "Əslində, mən hələ də şəhid olmaq istəyirəm".

Bu məqamda hətta vəkil Mutlu Günalı da təəccübləndirib. Başlanğıcda Kreşnik B. istəməsə də, Günal müttəhimi ifadə verməyə təhrik edə bilmişdi. Əvvəlki məhkəmədə Günalın oxuduğu yazılı bəyanat məhkəmə üçün yetərli olmamışdı. Ona görə də müttəhim bu dəfə suallara şəxsən özü cavab verməli idi.  /eunews.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar