Putinin xəstəliyi ilə bağlı xəbərlər İlham Rəhimovu qəzəbləndirib – “Heç bir əxlaqa sığmır...”

“Rusiya prezidenti Vladimir Putinin səhhətində problemlərin olması barədə məqsədyönlü şəkildə yayımlanan dezinformasiyalar yumşaq desək, “sarı mətbuatın” fantaziyasının məhsuludur, hansı ölkədə olmasından asılı olmayaraq.”

Bunları “Yeni Müsavat” qəzetinə müsahibəsində Azərbaycanda Vladimir Putinin dostu kimi tanınan İlham Rəhimov deyib.

Qeyd edək ki, Rusiya prezidentinə mədəaltı vəzinin xərçəhgi diaqnozu qoyulduğu haqda bu günlərdə ABŞ-ın “New York Post” qəzet məlumat yayıb.

“Belarus və Polşadakı məlumatlı mənbələr artıq bir neçə aydır ki, Rusiyanın güclü adamının (Putinin) onurğa beynində xərçəng olması barəsində xəbərlər yayırlar. Ancaq mənim etibarlı mənbələrim bildirir ki, onun xəstəliyi mədəaltı vəzinin xərçəngidir. Gələn digər xəbərlərə əsasən, Putini Almaniyadan olan 84 yaşlı bir həkim müalicə edir. Həmin həkimlə Putin hələ o, DTK-da işlədiyi zaman Drezdendə tanış olublar. Müalicə həkimi steroidlər də daxil olmaqla, müxtəif növ prosedurlardan istifadəyə baş vurub. Elə məhz həmin dərmanların təsirindəndir ki, hərdən Putinin üzündə şişkinlik açıq şəkildə müşahidə olunur”, deyə, müəllif öz məqaləsində bildirirdi.

Kremlin artıq təkzib etdiyi bu xəbərlə bağlı İlham Rəhimov daha sonra qəzəblə bildirib:

“Onunla bu yaxınlarda görüşmüşəm, sağlamlığına çox adam həsəd apara bilər. Belə xəbərləri yayanların mövqeləri bəllidir, heç bir əxlaqa sığmır. El arasında belə hadisələrə dair çox müdrik misallar mövcuddur, açıqlamağı məqsədə uyğun hesab etmirəm. Həyat davam edir... Mən bu fikirləri ona yaxın olduğum üçün demirəm, ictimaiyyət həqiqəti bilsə yaxşıdır.”

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar