Azərbaycan səhiyyəsi ilə bağlı 3 dəhşətli fakt

Azərbaycan səhiyyə sisteminin missiyası vətəndaşları sağaltmaq, müalicə etmək deyil, soymaq, narazı kütləni maksimuma çatdırmaq və ölkə insanını müalicə olunmaqdan çəkindirməkdir!

Təbii, Azərbaycanda savadlı, vicdanlı həkimlər də var, söhbət səhiyyə sisteminin soyğunçuluğundan, klinikaların, dövlət xəstəxanalarının vəziyyətindən gedir.

Birinci fakt:

- DÖVLƏTimizin Cərrahiyyə kilinikasında rəsmi soyuğunçuluq hökm sürür. ATU-nun rektoru, deputat Əhliman Əmiraslanov burada bazar açıb.

Oktyabrın 30-da bura xəstə aparmışam, qapıdan içəri girən kimi mühafizəçilər buyurdu ki, qeydiyyatdan keçin. Qeydiyyat şöbəsinə yaxınlaşan kimi, dedilər ki, yalnız həkim müayinəsi üçün 35 manat ödəməlisiniz. Deyirəm bura dövlət müəssisəsidir, deyir nə olsun, biz həkimlərlə müqavilə ilə işləyirik. Bu, təbii ki, insanları soymaq üçün bir fırıldaqdır… Hətta özəl klinikalarda həkim müayinəsi bu qədər deyil, məsələn, “Baku Medical Center”də həkim müayinəsi 25 manatdır…

Nəsə, 35 manat ödəyib girdik həkimin qəbuluna. Müayinələr zamanı bəlli oldu ki, DÖVLƏT xəstəxanamızda rentgen, USM, MRT, tomoqrafiya özəl klinikalardan bahadır! Məsələn, burada MRT 130 manatdır, özəl klinika olan “Grand Hospital”da 99 manat. Təbii, biz MRT-ni burada yox, gedib “Grand”da etdirib gəldik… Burada adı fəqərə əməliyyatı üçün 800 manat ödəniş tələb olunur, hansi ki, özəl klinikalarda bunu 600-700 manata edirlər…

Dövlət xəstəxanasında qəbulun da pullu olması vətəndaşla məzələnməkdir!

Xəstəxananın üzərində yazılıb ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi – Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası. Korpusun üzərində belə bir lövhə də vurulub ki, bina prezident İlham Əliyevin sərəncamı ilə tikilmişdir. (Fotoları əlavə edirəm –müəl.) Deməli, bu bina büdcə vəsaiti – mənim, sənin, onun – dövlətin pulu ilə tikilib. Belə çıxır ki, dövlət – vətəndaşın büdcəsi ilə tikilən xəstəxanaya xərclənən pulu indi vətəndaşlardan bir daha – ikinci dəfə birbaşa alırlar…

Və orta aylıq əməkhaqqı 400 manat civarında olan və yaşayış minimumu da elə bu qədər olan ölkədə hansı meyarlarla bu qiymətləri uydurublar?

Vətəndaşlar cəhənnəmə, heç olmasa burada bazar açanlar binanın üzərində “prezident İlham Əliyevin sərəncamı ilə tikilmişdir” sözünü yazıb açıq sabotaj etdiklərini, məmurların dili ilə desək prezidentin siyasətinə qarşı çıxdıqlarını da anlamırlar?!

İkinci fakt:

- Qardaşım 8 aydır Hepatit C-dən müalicə olunur. Onu bu virusa diş klinikasında yoluxdurublar. Ölkəmizdə onun ölməməsi, müalicəsi üçün məndən 40 min manat pul istədilər! İranda tən yarı qiymətə, özü də hissə hissə ödəməklə müalicə edirlər. Hətta hazırda İrandakı klinikaya borcumuz da yığılıb, amma deyirlər, baba, eybi yox, ödəyərsiniz. Müarciət etmədiyim dövlət qurumu qalmadı, heç maraqlanmadılar ki, vətəndaşları öldümü, qaldımı…

Üçüncü fakt:

- 5 ay bundan öncə qızımın sinif yoldaşlarından birinin anasına Milli Onkoloji Mərkəzdə xərçəng diaqnozu qoyulub. Uşaq bütün günü sinifdə ağlayırmış, mənim qızım da hərdən kədərli halda soruşurdu ki, bəs, anası öləndən sonra o, necə olacaq?…

Onkoloji mərkəzdə dərhal da başlamışdılar bu qadını kimyaterapiya etməyə. Ötən həftə qadının qohumları imkan edib xəstəni Türkiyəyə aparıblar ki, bəlkə bir az artıq yaşatdılar! Srağagün Türkiyədə qadına deyiblər ki, sənə “rak” diaqnozunu hansı debil qoyub? Səndə belə şey yoxdur, sadəcə ciyərüstü vəzlərdə xoşxassəli şiş olub. Qadına nahaqdan kimyaterapiya etdikləri üçün onun səhhətini korlayıblar, indi Türkiyədə bu fəsadı aradan qaldırırlar.

Yeri gəlmişkən, bu Milli Onkoloji Mərkəzdə bir yaxın, gənc qohumumuza da xərçəng diaqnozu qoymuşdular, təcili kimyaterapiya təyin etmişdilər. Onu apardılar Gürcüstana, orada dedilər ki, bu qadında soyuqdəymə nəticəsində limfa düyünləri şişib, bir kurs antibiotik müalicəsi yazdılar, ötdü getdi….

Yoldaşlar, Azərbaycan səhiyyəsinə güvənməyin! Mən vaxtsızlıqdan, dar macal olduğu üçün bu debilxanaya getmişdim. Məsələn, dünən orada xərclədiyim pulun tən yarısına yolpulu, otel pulu qarışıq İranda müayinə də olardıq, MRT də, ən önəmlisi isə düzgün diaqnoz və müalicə alardıq…

E.Məmmədli

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar