Davudoğlundan HDP-nin çağırışına cavab

Türkiyədə HDP-nin "küçəyə çıxın" çağırışına baş nazir Əhməd Davudoğlundan dərhal cavab gəlib.

Avropa.info-nun məlumatına görə, Davudoğlu bildirib ki, bütün valilərə lazımi göstərişlər verilib və sabitliyin pozulmasına qətiyyən imkan verilməyəcək:

“Şiddət ilə haqq tələb etmək qəbul edilə bilməz. Xalqımızı sakitliyə dəvət edirəm. Bu cür çağırışlarla xalqı küçəyə tökmək siyasi bir çağırış deyil. Siyasi partiyaların hər şeydən əvvəl ictimai asayişi qoruma vəzifələri var”.

Siirt İcra Hakimiyyətindən isə bildirilib ki, sabah şəhərdə Kobani mitinqlərinə qətiyyən yol verilməyəcək, etirazçılara dərhal müdaxilə ediləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar