“Sərhədlərimiz yaxınlığında vəziyyət getdikcə gərginləşir” - Putin

“Rusiya beynəlxalq birlik tərəfindən sırınan qarşıdurmaya getmək istəmir”.

APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“Sentyabrda Uelsdə baş tutan sammitdə NATO elan edib ki, hərbi gücünü artırmaqda davam edəcək. Beynəlxalq problemlərin həllinə kollektiv və sivil şəkildə yanaşmaq əvəzinə alyans hərbi gücdən istifadəyə, iqtisadi və informasiya təzyiqlərinə üstünlük verir. Rusiya qlobal və regional məsələlərdə bərabər hüquqlu dialoqa açıqdır”, - deyə o vurğulayıb.

XXI əsrin sabit və təhlükəsiz olmadığını deyən Putin mövcud şəraitdə ölkənin hərbi qüdrətinin artırılmasının vacibliyini vurğulayıb:

“Köhnə təhdidlər hələ də qalır və sərhədlərimizin yaxınlığında vəziyyət getdikcə gərginləşir. Hərbi doktrinamız müdafiə xarakteri daşıyır. Əsas məsələ ölkənin suverenliyi, sülh və əmin-amanlıqdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar