Mən günah adamıyam, qardaş

Nureddin211111111111Adam, məni mələk sanıb,

boş yerə özünü aldatma,

Mən, iblis tələsinə düşmüş

günah adamıyam,

günahsız mələkləri

mənə tay tutma.

Mələk günah yazar,

günah etməz,

Mədəsiz, qarınsızdır ,

bir qarın yeməyə,

özünü urvatsız etməz.

Ayağı yoxdur mələyin,

əzsin gülü, çiçəyi,

Pakdır, tor qurub, aldatmaz

hər gözəl- göyçəyi.

Nurdur o, nura talibdir,

Əzəldən nəfsinə qalibdir.

Mən üzü Adəmdən bəri

çiynində günah yükü

daşıyanam,

Durub tövbə qapısında

növbəyə,

hər gün günah içində

yaşıyanam.

Günahını daşıyıram,

bədən içində sıxılan canın,

Günahını daşıyıram,

yer üzündə axıdılan qanın.

Mən günahla yoğruldum,

günahdan qaçmağım çətin,

Nə edim, cəzasını çəkirəm,

alnıma yazılan ilahi qismətin.

Balaca yer adamıyam

günahlarım çox,

Mən günahla sevildim,

kimsədən sevgi umacağım yox.

Arı pətəyində boğulan kimi

günah içində boğuluram,

Şəhid ruhlarının üstümə gəldiyi

günahsız vətəndə, ölüb,

günahla təzədən doğuluram.

Görən, coxmu bu məmləkətdə

günahsız vətəndaş,

Səni bilmirəm,

mən, günah adamıyam qardaş.

Nurəddin İsmayı

31 oktyabr 2014

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar