Ordu prezidenti devirdi

Burkina-Faso ordusunun rəsmi təmsilçiləri oktyabrın 31-də prezident Blez Kompaorenin devrildiyini açıqlayıblar. “Media forum” saytı xəbər verir ki, ordu komandanı general Onore Traore parlamentin buraxıldığını və müvəqqəti hökumətin yaradıldığını elan edib.

Müvəqqəti hökumət ölkəni 12 ay idarə edəcək. Hökumətə kimin rəhbərlik edəcəyi açıqlanmayıb.

27 ildir prezidentlik edən Blez Kompaorenin parlamentə göndərdiyi konstitusiya dəyişikliyi layihəsi ona yenidən dövlət başçısı postuna namizəd olmaq hüququ verirdi. Bu niyyət ölkəni ayağa qaldırıb. Polislə nümayişçilər arasında qarşıdurmada 30 nəfərin öldüyü, 100-dən çox adamın yaralandığı xəbər verilir.

Oktyabrın 31-də Blez Kompaore bəyan edib ki, konstitusiya dəyişikliyi layihəsini geri çəkir, prezidentliyə namizəd olmaq niyyətindən imtina edir və hakimiyyəti demokratik yolla dövlət başçısı seçiləcək şəxsə ötürməyə hazırdır. Ancaq bu açıqlama etirazçıları qane etməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar