Rusiyada həbs olunan azərbaycanlı deputata ittiham irəli sürüldü

Akif Sayadov 1 milyon dollar mənimsəməkdə ittiham olunur

Rusiyada azərbaycanlı deputat həbs olunub. Anspress-in Rusiya mətbuatına istinadən məlumatına görə, Rusiya Federasiyası Komi Respublikasının parlamentinin üzvü, "Uxtanefteqazgeologiya" şirkətinin rəhbəri Akif Sayadov cinayət yolla əldə olunmuş vəsaitlərin leqallaşdırılmasında və şirkətin əmlakını mənimsəməkdə ittiham olunur.

Məlumatda bildirilir ki, Akif Sayadov geoloji kəşfiyyat işləri üçün avadanlıqların tədarükü və çatdırılmasına dair müqavilələrin bağlanması zamanı rəhbərlik etdiyi müəssisənin 42 milyon rublunu mənimsəyib.

Bundan başqa, 2009-2013-cü illərdə Azərbaycana səfər edərkən A.Sayadovun göstərişi ilə hesabına əməkhaqqı köçürülüb. Baş direktor Azərbaycana ezamiyyət və ya məzuniyyətlə bağlı zəruri sənədləri rəsmiləşdirmədən gedib.

Ümumilikdə isə ona əsassız qaydada 1,2 milyondan artıq rubl ödənilib.

Deputat oktyabrın 27-dən istintaq təcridxanasında saxlanılır. Ona qarşı ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar