BMT: “Dünya İŞİD-çiləri İraq və Suriyaya axışır...”

Dünyanın 80-dən çox ölkəsindən görünməmiş miqyasda “cihadçılar” İŞİD terror qruplaşmasının sıralarına qoşulmaq üçün İraq və Suriyaya axışırlar.

Musavat.com-un məlumatına görə, bu barədə Britaniyanın “Guardian” qəzetində dərc olunan BMT hesabatında deyilir.

Hesabata görə, əvvəllər “əl-Qaida” təhlükəsi ilə üzləşməmiş ölkələrdən olan 15 min nəfər hazırda İŞİD tərkibində vuruşur. “Regiona 2010-cu ildən etibarən gələn terrorçuların ümumi sayı əvvəlki 20 ildə gələn yaraqlıların ümumi sayını üstələyir”, - deyə sənəddə qeyd edilir.

Britaniya polisinin şefi Bernard Xoqan-Xounun sözlərinə görə isə, İŞİD-ə qoşulmaq üçün hər həftə ortalama 5 nəfər ölkəni tərk edir. Xüsusi xidmət orqanları bildirir ki, hazırda 500 britaniyalı terrorçu qruplaşmanın tərəfində döyüşür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar