Nazirin qızı Azərbaycandan rəsm əsərlərini xaricə daşıyır - Fotolar

Azərbaycan rəssamlarının əsərlərinin xaricdə sərgilənməsi işinin təşkili ilə Rusiya, Qafqaz və Mərkəzi Asiya ölkələrinin incəsənəti üzrə ixtisaslaşan yazıçı və kurator Suad Qarayeva məşğul olur.

O, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin yeganə qızıdır.

Londonda və Bakıda yaşayan Suad Qarayeva nüfuzlu Azərbaycan rəssamlarının beynəlxalq sərgilərinə kuratorluq edib, ölkəmizi xarici festivallarda uğurla təmsil edib. Böyük Britaniyanın "Sotheby’s" hərrac evində MDB ölkələrinin müasir incəsənətini incələyən S.Qarayeva həm də kolleksionerdir. Onun təşəbbüsü ilə "Sotheby’s" hərracında keçirilən sərgilərin birində incəsənətin video-art bölməsinə aid xüsusi bölmə yaradılıb.

Suad Qarayeva Londonda iqtisadiyyat üzrə bakalavr, fəlsəfə və dövlət siyasəti üzrə magist təhsili alıb. Bir müddət bank sahəsində çalışsa da incəsənətə olan sevgisi daha güclü çıxıb. Venesiyada keçirilən incəsənət biennalesinin daimi iştirakçılarından olan Suad Qarayeva 2014-cü ildə “Generation Baku: New Art from Azerbaijan” yarmarkasında rəssamlarımıza dəstək olub (“qafqazinfo”).

Hazırda o, həm də YARAT müasir incəsənət təşkilatının sərgilər və daimi kolleksiyalar üzrə kurator direktorudur. YARAT-ın təsisçisi isə ölkənin birinci xanımı Mehriban Əliyevanın bacısı Nərgiz Paşayevanın qızı Aida Mahmudovadır.

[gallery columns="4" ids="66234,66235,66236,66237"]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar