Çində məmurun evindən rekord miqdarda pul çıxdı

Bu pulları dollara çevirəndə 33 milyon dollar edir.

Rüşvət əleyhinə istintaq aparan prokuror Xu Jinhui oktyabrın 31-də deyib ki, bu nağd pul məmur Wei Pengyuanın evindən tapılıb. Wei Pengyuan Milli Enerji Administrasiyasının yüksək vəzifəli şəxsidir. O, rüşvət almaqda ittiham olunur.

Prokuror deyib ki, onun evindən çıxan pullar o qədər çox olub ki, pulları sayarkən 4 pul sayan maşın xarab olub, sıradan çıxıb.

Çin lideri Xi Jinping 2012-ci ildə hakimiyyətə gələndən korrupsiya ilə mübarizə elan edib.

Hakim partiya bildirir ki, korrupsiya cəmiyyətin hakimiyyətə inamını qırır və hakim partiyanın idarəçiliyinin legitimliyinə təhlükə yaradır. /AzadlıqRadiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar