Anar Məmmədov sifarişli qətl ittihamına reaksiya vermir

Türkiyənin Hurriyet qəzetində Azərbaycanın nəqliyyat nazirinin oğlu Anar Məmmədovun sifarişli qətl hazırlaması haqqında sensasiya dolu materialın dərc olunmasından iki gün keçir. Lakin indiyədək nə nazir Ziya Məmmədov, nə oğlu təkzib yaymayıb. Yalnız kiçik Məmmədovun vəkili nazirin oğlunun ünvanına ittihamları təkzib edib.

Xatırladaq ki, Hurriyet qəzeti Türkiyədə Anar Məmmədovun keçmiş mühafizəçisinin qətlinə cəhdin araşdırılması üzrə cinayət işinin istintaq materiallarına istinad edir.

Qətl cəhdinə görə həbs edilmiş şəxs istintaqda qətli Anar Məmmədovun sifariş etdiyini, bunun üçün 500 min dollar ayırdığını bildirib. Sifarişli qətlin səbəbinin mühafizə rəisinin Məmmədovun gəlirlərinin bir hissəsini mənimsəməsi olduğu, bunun nəticəsində mühafizə rəisinin tabeliyindəki şəxs tərəfindən aradan qaldırılmasına cəhd edildiyi iddia olunur.

Qeyd edək ki, hadisə 2013-cü ilin may ayında Antalyada baş verib. Hurriyet-in versiyasına görə, Məmmədovların bu şəhərdə mülkü var.

Nazirin oğlunun adı dəfələrlə müxtəlif qalmaqallı hadisələrdə hallanıb. Lakin bu, onun hökumətyönlü “Azərbaycan-Amerika Dostluq Cəmiyyəti” təşkilatına rəhbərlik etməsinə, ABŞ-da müxtəlif tədbirlər keçirməsinə və lobbiçilik fəaliyyəti ilə məşğul olmasına mane olmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar