İlk kosmik turizm raketi partladı: 1 ölü, 1 yaralı

Hadisə ABŞ-da böyük əks-səda doğurub

ABŞ-da “Space Ship 2” kosmik turizm raketenin sınaq uçuşu zamanı kosmik gəmi qəzaya uğrayıb.

ANS PRESS-in məlumata görə, özəl kosmik raket havada partlayaraq, Mocavi səhrasına düşüb.

İnsident nəticəsində bir pilotun öldüyü, digərinin ağır yaralandığı təsdiqlənib. Sınağı keçirilən kosmik gəmi, milyarder Riçard Bransonun Virgin Galactic şirkətinə aiddir.

Adı çəkilən şirkət bu ildən başlayaraq adambaşı 200 min dollardan həmin gəmidə kosmosa hava reysi açmağı planlaşdırırdı. Şirkət rəsmiləri qəzaya nəyin səbəb olduğunun araşdırıldığını bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar