İŞİD kürdlərə qarşı snayperləri işə saldı

Suriyanın Kobanı şəhərində İŞİD-lə kürd yaraqlılar arasında döyüşlər yenidən şiddətlənib.

Məlumata görə, Şimali İraqdan göndərilən peşmərgələrin Türkiyə sərhədindən Kobaniyə keçməsinin gözlənildiyi bir anda İŞİD yenidən fəallaşıb.

Bu gün günorta saatlarında anti-İŞİD koalisiyası tərəfindən İŞİD-in mövqelərinə hava zərbələri endirilsə də terror qruplaşması hücuma keçib.

İki gün əvvəl sərhədi keçərək PKK ilə birlikdə İŞİD-ə qarşı mübarizə aparan Azad Suriya Ordusu üzvlərinin qatıldığı döyüşlərdə terror qruplaşmasının taktikasını dəyişdiyi müşahidə olunub. Belə ki, İŞİD tərəfdən snayperlə daha çox atəş açıldığı və qarşı tərəfin çoxlu itki verdiyi məlum olub.

Kobanidə çoxmərtəbəli hündür binaları ələ keçirən İŞİD üzvləri mövqelərindən istifadə edərək uzaqmənzilli snayperlərlə kürd yaraqlılarına çətin anlar yaşatmağa başlayıb.

Bu arada İŞİD həm də Kobaninin mühasirəsini başa çatdırmaq üçün Mürşitpınar sərhəd məntəqəsinə də hücumları intensivləşdirib. Sərhəd məntəqəsi səhra topları ilə intensiv atəş altında saxlanılıb (ANS).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar