“F35” qırıcıları təqdim olundu - Video

Türkiyənin bu təyyarədən 100 ədəd sifariş verdiyi bildirilir

ABŞ, aralarında Türkiyənin də olduğu müttəfiqləri ilə istehsal etdiyi “F-35 Lightning II” (Şimşək II) qırıcılarını təqdim edib. ANS PRESS-in məlumatına görə, Nyu Yorkda keçirilən təqdimat mərasimində istehsalçı “Lockheed Martin” firması idarə heyətinin üzvləri və xarici media nümayəndələri iştirak ediblər.

“Lockheed Martin” strateji inteqrasiya departamentinin sədr müavini Cek R. Kraysler Türkiyənin bu təyyarədən 100 ədəd sifariş verdiyini, ilk 2 ədəddin 2018-ci ildə təhvil veriləcəyini açıqlayıb.

Tədbirdə, təyyarəni idarə edəcək pilotun 6 aylıq təlimdən keçməli olduğunu deyən firma rəsmiləri bir təyyarənin iki ilə hazırlanfığını bildiriblər. Həmçinin qeyd edilib ki, təyyarəyə aid 6 əsas hissə Türkiyədə hazırlanır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar