İranla Türkiyə arasında rəqabət qızışır

Suriya və İslam Dövləti üzərində Türkiyə ilə İran arasında fikir ayrılıqları dərinləşdikcə Yaxın Şərqdə yaşayan kürdlər regiondakı iki güclü ölkənin arasında oyuncağa çevrilir.

Bu həftə iki sabiq müttəfiq olmuş Tehran və Ankara arasında yenə gərginliklər yaşanır.

İran xarici işlər nazirliyi Türkiyəni İranın dəstəklədiyi Suriya hökümətinə qarşı döyüşən üsyançıları dəstəkləyərək Suriya vətəndaş müharibəsini uzatmaqda ittiham edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Tehranı müharibəni bitirmə cəhdlərinə zərbə endirməkdə günahlandırıb.

Bu yaxınlarda Tehranı ziyarət edən İstanbul Universitetinin politoloqu Nuray Mert bildirib ki, ikitərəfli münasibətlər tarixin ən aşağı nöqtəsindədir.

“Hətta Osmanlı vaxtlarında belə iki ölkə bütün çətinliklərə və böhranlara baxmayaraq münasibətdə balans əldə etdilər. Lakin onlar Suriya testini keçə bilmədilər. İranlılar düşünürlər ki, Türkiyə məzhəbçi mövqedən çıxış edir. Və iranlılar əsas təhlükə olaraq Sünni məzhəbçiliyini görürlər, çünki sünnilərin regionda tarixən şiələrlə pis münasibətləri olub.”

Türk qəzeti Taraf və Al Monitor vebsaytının diplomatik köşə yazarı Semih İdiz bildirib ki, Türkiyə və İranda böyük və narazı kürd azlıqları olduğu üçün kürdlər iki ölkə arasındakı regional rəqabətdə dəfələrlə oyuncaq kimi istifadə olunublar.

“Hər kəsə bəllidir ki, İran öz separatçı kürdləri ilə mübarizə apardığı zaman belə kürdlərə kömək edib. Regiondakı kürd məsələsinin mahiyyəti olduqca mürəkkəbdir.”

Türkiyənin kürd üsyançı qrupu PKK ilə illərdir davam edən mübarizəsində Ankara zaman-zaman Tehranı üsyançılara maddi-texniki yardım göstərməkdə ittiham edib. Digər zamanlar isə iki ölkə bu qrupa qarşı mübarizədə əməkdaşlıq ediblər.

Bu il Türkiyənin hakim partiyası AKP liderləri Tehranı PPK-nı Türkiyə ilə iki illik atəşkəsi pozmağa təhrik etməkdə ittiham edib.

Tehran PKK ilə gizli razılaşma ittihamlarını rədd edir. Lakin Ankara PKK ilə əlaqəsi olan Suriya kürdlərini İslam Dövləti cihadçılarına qarşı mübarizədə dəstəkləmədiyi üçün Türkiyədəki sülh prosesi uzanır. Kadir Has Universitetinin beynəlxalq əlaqələr üzrə eksperti Soli Özəl bildirir ki, bu vəziyyət Tehranın PKK-nı təhrik etmə ehtimalını yüksəldir.

“Mən əminəm ki, Türkiyənin hər yerində, əsasən də cənub-şərqində iranlılar var və onlar aranı qarışdırmaq istəyirlər. Təsəvvür etmirəm ki, onlar təkbaşına nəyəsə qadir olsunlar.”

Digər təhlilçilər bildirirlər ki, Tehran İraqdakı İslam Dövləti militantlarına qarşı mübarizədəki rolundan istifadə edərək Qərbdəki imicini yaxşılaşdırmağa çalışır, və NATO üzvü olan Türkiyəyə qarşı PKK-nı qaldırmaq istəməz.

Müşahidəçilər bildirirlər ki, Tehran müdaxilə etmədiyi halda, Ankara özünü İraq kürdlərinin müdafiəçisi və ticarət tərəfdaşı kimi göstərir, və İraq Kürdüstanından Türkiyənin nüfuzunu gücləndirməkdə istifadə etməyə ümid bəsləyir.

Türk qəzeti Milliyet-in diplomatik köşə yazarı Kadri Gürsəl bildirir ki, İranın regiondakı kürdlərə nə dərəcədə təsir edəcəyinə Vaşinqton qərar verir. Gürsel deyir ki, ABŞ Suriya və İraq kürdlərini silahla təmin etdiyi üçün, kürdlər ilk öncə Vaşinqtona üz tutacaqlar.

“İndi ABŞ regiona qayıdır. Bu məsələyə ABŞ daxil olduğu zaman kürdlər İranla əməkdaşlıq etməkdən çəkinirlər. Hər şey ABŞ-dan və ABŞ-ın məsələyə nə dərəcə müdaxilə etməsindən asılıdır.”

Təhlilçilər bildirirlər ki, Tehran və Ankara arasındakı rəqabətin bitməsi gözlənilmir, və regiondakı kürdlərin mərkəz nöqtəsi olaraq qalacaqları gözlənilir. Bu rəqabətin sonucu Vaşinqtonun regionda hansı rol oynayacağından və kürdlərin bu strategiyadakı rolundan asılı olacaq ("Amerikanın səsi").

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar