Bakıda "NATO günləri" keçiriləcək

NATO

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 3-dən 7-dək Almaniyanın Oberammerqau şəhərində "Bütövlüyün qurulmasında müdafiə təsisatlarının liderliyi" mövzusunda və NATO İctimai əlaqələr siyasətinin hazırlanması ilə bağlı kurslar keçiriləcək.

Budapeşt şəhərində isə "Tibbi qiymətləndirmə" kursu təşkil olunacaq. Ankarada Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə Türkiyə Quru Qoşunları Hərbi Məktəbi arasında müəllim mübadiləsi ilə bağlı tədbir keçiriləcək.

Bakıda "NATO günləri" tədbiri də həmin tarixlərdə reallaşacaq.

Noyabrın 3-dən 14-dək Rumıniyanın Konstanta şəhərində Hidroqrafiya və hidroqrafiya idarələri üzrə regional təlim kursu, İtaliyanın San Remo şəhərində 156-cı Beynəlxalq hərbi kurs təşkil olunacaq.

Ankarada keçiriləcək Exokardioqrafiya kursu isə noyabrın 3-dən 21-dək davam edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar