Burkino-Fasoda bir sutkada hakimiyyət üç dəfə dəyişib

Polkovnik İsaak Zida Burkino-Fasoda hakimiyyəti zəbt edib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, hərbçi bəyan edib ki, dövlət rəhbəri funksiyasını öz üzərinə götürür. “Qərbi Afrika ölkələrinin iqtisadi cəmiyyətini (EKOVAS) və beynəlxalq ictimaiyyəti yeni hakimiyyəti dəstəkləməyə çağırıram”, - Zida radio müraciətində bəyan edib.

Bir sutka əvvəl, oktyabrın 31-də Burkono-Fasonun prezidenti Blez Kompaore kütləvi iğtişaşların fonunda postunu tərk edib. Beləliklə, onun 27 illik idarəçiliyinə son qoyulub. Kapitan Kompaorenin rəhbərliyi ilə Xalq Cəbhəsi hakimiyyətə 1987-ci il oktyabrın 15-də dövlət çevrilişi nəticəsində gəlmişdi.

Onun gedişindən sonra ölkənin silahlı qüvvələrinin komandiri general Onore Traore özünü dövlətin rəhbəri elan etmişdi. Ancaq nümayişçilərin çoxu onun namizədliyinin əleyhinə çıxıb, bunun səbəbini isə Bleza Kompaorenin köməkçisi olması ilə izah ediblər. Bəyanatından sonra general bir dəfə olsun kütlənin qarşısına çıxmayıb, onun indi də harada olduğu bilinmir.

Oktyabrın 30-da Burkino-Faso müxalifəti “qara payız” elan edərək parlamentin binasını ələ keçirib. Prezident Kompaore hökumətin buraxaraq ölkədə fövqəladə vəziyyət elan edib. Növbəti gün bu rejim ləğv olunub və Bleza bəyan edib ki, keçid dövrü üçün danışıqlara hazırdır. Müxalifətin etirazına səbəb olan əsas məsələ isə Kompaorenin növbəti dəfə prezidentliyə namizəd ola bilməsi üçün Konstitusiyaya dəyişiklik etmək istəməsi olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar