RUSİYANI NƏ GÖZLƏYİR? - "Neftin qiyməti 80 dollardan aşağı düşərsə..."

Sanksiyalıar dalğası Rusiyanı çox çətin vəziyyətə salıb. Qərblə iqtisadi qarşıdurmaya qədər rublun bir ABŞ dollarına olan nisbəti 30 idi, indi isə artıq 42-dir. Bu isə ölkədə son illərin ən ciddi inflyasiyasına gətirib çıxarıb. Yanvardan hesablanmaq şərti ilə, Rusiyadakı inflyasiyanın hazırkı səviyyəsi 8% -ə çatıb. Məsələ ondan ibarətdir ki, Rusiya hökuməti və iqtisadiyyatı ildə 5%-i keçən inflyasiyaya hazır deyil. Sanksiyalar ucbatından ölkədən çıxan kapital axını kəskin güclənib. 2014-cü ilin hesablamalarına əsasən, bu məbləğ 100 milyard dollar təşkil edəcək. Həmçinin, indi Rusiya fond birjası bazarında da geriləmə baş verib və daxili maliyyələşdirmənin potensialı xeyli aşağı düşüb. Beynəlxalq investisiyalar isə sərt məhduduyyətlər altındadır. İqtisadi böyümə ləngiyib və hətta ressesiyanın (iqtisadi tənəzzül) mənfi 1,5% və daha çox olması da istisna edilmir. Rusiya dövlət gəlirlərinin yarısından çoxu neft məhsullarının ixracından asılıdır və indi neftin dünya bazarındakı qiyməti isə aşağı düşür. 2014-cü ilin iyununda bir barel neft təxminən 100 dollar olduğu halda, indi 80 dollar səviyyəsindədir.

100 dollar elə bir səviyyədir ki, Rusiya belə olan halda gəlir itkisi ilə üzləşmir. Neft qiymətinin irəlidəki dönəmlərdə də aşağıya doğru düşməsi Rusiyanın bu il və həm də gələn il büdcə planlaması məsələsində nəinki ”necə olsa keçinərəm”lə yaxasını qurtarmasına imkan verəcək, hətta belə halda defolt riskindən qaçmaq da müşkül olacaq. Əgər neftin qiyməti bundan sonra aşağı düşməyərək təxminən 80 dollar səviyyəsində qalarsa da, Rusiyanın maliyyə vəziyyəti yenə də pisləşməkdə davam edəcək. Lakin burada bir məsələyə xüsusi diqqət yetirmək gərəkdir ki, mövcud vəziyyətin belə hala gəlməsində Qərbin sanksiyalarının rolunu şişirtməməklə yanaşı, neftin qiymətinin kimlər tərəfindənsə aşağı salınması barəsində də danışmaq yersizdir. Rusiyanın iqtisadi çətinliklərinin başlıca səbəbi iqtisadi inkişafı stimullaşdıra biləcək daxili imkanların çatışmamasında və həmçinin də, enerji resurslarının qiymətlinin bazar qanunlarına uyğun şəkildə aşağıya düşməsindədir. Çox yaxşı məlumdur ki, hələ sanksiyalardan əvvəl də 2013-cü ildə Rusiyanın iqtisadi böyümə tempi aşağı olub. 2012-ci ilin birinci rübündə Rusiyadakı iqtisadi artım tempi 4,8% idisə, 2013-cü ilin anoloji dövründə həmin göstərici 1,6%-ə qədər enmişdi. Mütləq olaraq onu da qeyd etmək lazımdır ki, sanksiyalarsız da Rusiya iqtisadiyyatının perespektivi yaxşı durumda olmayıb. Belə demək mümkündür ki, Rusiyanın iqtisadi cəhətdən geriləməsi ölkənin daxili faktorlarıyla bağlıdır. Təxminən 2003-cü ildə Rusiyadakı iqtisadi sistem dövlət inhisarı, yeni oliqopoliya (rəqbət olmayan bazar quruluşu), yerlibazlıq və dostbazlıq platforması üzərində formalaşmağa başladı. Nəticədə bu sistem özəl investisiyalara, texniki tərəqqi və iqtisadi quruluşun təkmilləşməsinə əlverişli şərait yaratmadı. Neft sektorunun inhisarı “resursların lənəti” adlanan məfhumu gücləndirdi. Bütün bu faktorlar və energetikadakı “sifon effekti” (Bu bir sahənin və regionun iqtisadiyyatına digər sahə və regionlar hesabına investisiya qoyulmasıdır) Rusiyanı enerji sahəsindən hədsiz asılı vəziyyətə salıb. Bütün investisiyaların böyük hissəsinin neft sektoruna yönləndirilməsi başqa sektorlar üçün həm investisiya çatışmamasına, həmdə ki, texniki tərəqqinin çox ləng hərəkət etməsinə səbəb olur ki, bu da yekun nəticədə iqtisadiyyatı durğunluğa sürükləyir. Ona görə də, böhranla mübarizə aparmaq və Qərbin sanksiyalarına sinə gərmək Rusiya üçün xeyli dərəcədə çətin olacaq.

Eyni zamanda onu da qeyd etmək vacibdir ki, hal-hazırda neft qiymətinin aşağıya düşməsi böyük ölçüdə hər hansı təsadüflərə deyil, bazardakı vəziyətlə əlaqədardır. 2014-cü ildə inkişaf etməkdə olan ölkələrin iqtisadi inkişaf tempində zəifləmələr qeydə alınıb. Avropa Birliyinin iqtisadiyyatı da zəifləyib, ABŞ-da isə aktiv formada slans nefti üzərində işləyirlər. Hal-hazırda Rusiyanın siyasi dairələrində və cəmiyyətində anti Amerikan əhval-ruhiyyəsi kök salıb. Məhz bunun hesabına da Putin rejiminin dayanıqlığı təmin edilir. Ancaq iqtisadi problemlər 2008-ci ilin dünya maliyyə böhranından da ciddi ola bilər. Elə bu səbəbdən də Rusiyanın hakim dairələrinin və gərəksə də, intellektual elitasının daha dərin və geniş iqtisadi islahatlar planı hazırlayıb önə çəkmələri çox vacibdir.

”Xuançyu şibao” (Çin)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar